Mogerini Paşinyanla Qarabağı müzakirə edib

Mogerini Paşinyanla Qarabağı müzakirə edib
  10 May 2018    Oxunub:2174
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyana zəng edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Aİ-Ermənistan əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mogerini Paşinyanı Brüsselə səfərə dəvət edib.

Mogerini və Paşinyan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.

AzVision.az


Teqlər: Mogerini   Paşinyan   Qarabağ  





Xəbər lenti