İndoneziyalı müşahidəçi seçkilərdən danışdı
Bu barədə İndoneziyadan olan beynəlxalq müşahidəçi İmmanuel Robert İnkirivang jurnalistlərə bildirib.
Müşahidəçi qeyd edib ki, Xətai rayonunda seçki məntəqəsində olub və oradakı vəziyyəti çox yaxşı qiymətləndirib: "Səhər az adam gəlmişdi. Amma günortaya doğru seçicilərin sayı artmağa başladı. Hardasa 300-400 seçici gəldi. 1400 nəfərin seçici siyahısında olmasını nəzərə alsaq, bu rəqəm kifayət qədər qənaətbəxşdir. Texniki cəhətdən hər şey qaydasında idi. Ümumilikdə deyə bilərəm ki, proseslər yaxşı gedir. İşçilər çox mehriban idilər".
AzVision.az
Teqlər: