Erməni əsgərin müəmmalı ölümü - Nazirlik faktı gizlədir

Erməni əsgərin müəmmalı ölümü - Nazirlik faktı gizlədir
  10 May 2018    Oxunub:2401
Mayın 6-da cəsədi tapılmış erməni əsgəri Levon Torosyanın qohumları onun intihar etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata inanmır.

AzVision.az xəbər verir ki, Armen Torosyanın sözlərinə görə, bacısı oğlunu əvvəlcə döyüb, sonra öldürüblər.
Məhkəmə tibbi ekspertizası da ölmüş əsgərin daxili orqanlarının zədələndiyi və bədənində küt alətlə yetirilmiş xəsarətlərin aşkarlandığını açıqlayıb.

“Levon Torosyanı çox güman ki, kənar yerdə güllələyib, sonra xəndəyə salıblar. Çünki ölüm günündə o, valideynləri ilə telefon söhbətində əhvalının yaxşı olduğunu demişdi. Heç nədən şikayətlənmirdi. Bu, faktın özü də intihar hadisəni istisna edir”, – deyə ölmüş erməni əsgərin dayısı vurğulayıb.

O, hadisədə əli olan günahkarların tapılması və cəzalandırılması istiqamətində sonadək mübarizə aparacaqlarını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti