Kim Çen In Trampın xahişini yerə salmadı

Kim Çen In Trampın xahişini yerə salmadı
  10 May 2018    Oxunub:1483
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın bu ölkədə həbs olunan 3 amerikalı vətəndaşı azadlığa buraxmasını yüksək qiymətləndirib və bunu xoş niyyətli pozitiv addım adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Trampın sözçüsü Sara Sandersin yaydığı yazılı bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Kim Çen In Trampın rəsmi xahişinə əsasən, Şimali Koreyaya qarşı təxribatçı düşmən fəaliyyətində itthiam edilən 3 Koreya əsilli ABŞ vətəndaşını əfv edib. Azadlığa çıxan şəxslər 2005-ci ildən həbsdə olan keşiş Kim Don Çxol, ötən il saxlanılan Texniki Universitetin müəllimi Toni Kim və onun həmkarı Kim Hak Sondur.

Onlar Trampla Kim Çen Inın görüşünü müzakirə və təşkil etmək məqsədilə Şimali Koreyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə birgə Amerikaya qayıdıblar. Onlar ABŞ prezidenti şəxslən özü qarşılayıb.

Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərlərinin görüşü Cənubi Koreya prezidenti Mun Çje İnin Vaşinqtona səfərindən sonra – mayın sonu, yaxud iyunu əvvəlində baş tutatacq.

AzVision.az


Teqlər: Şimali-Koreya   Kim-Çen-In  





Xəbər lenti