Ermənistan hökumətinin iclası təxirə salındı

Ermənistan hökumətinin iclası təxirə salındı
  10 May 2018    Oxunub:1315
Ermənistan hökumətinin bu günə təyin edilən növbəti iclası təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan məlumat verib.

O, hökumətin iclasının sabah saat 11:00-da jurnalistlərə və ictimaiyyətə açıq formada keçiriləcəyini deyib.

Qeyd edək ki, qaydalara əsasən, Ermənistan nazirlər kabinetinin iclasları həftənin cümə axşamları keçirilməlidir.

AzVision.az




Teqlər: Ermənistan   Nazirlər-Kabineti  





Xəbər lenti