ABŞ Rusiya və İrana hərbi sanksiyalar tətbiq etdi

ABŞ Rusiya və İrana hərbi sanksiyalar tətbiq etdi
  10 May 2018    Oxunub:2894
Vaşinqton Rusiya, İran, Şimali Koreya və Çinin bir sıra hərbi-müdafiə strukturlarına qarşı sanksiyalar tətbiq edib. Həmçinin, Türkiyə, Misir və Birləşmiş Ərəb Əmirliklərinin bəzi təşkilatlarına də məhdudiyyətlər qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal qeydiyyatda yerləşdirdiyi xəbərdarlıq sənədində deyilir.

Sanksiyaların səbəbi kimi, həmin strukturların ABŞ-ın kütləvi qırğın silahlarının yayılmasına dair qanunvericiliyini pozması göstərilib. Ümumilikdə siyahıda 28 hərbi-müdafiə strukturunun adı var və ABŞ hökuməti onları İran, Suriya və Şimali Koreyanın qanadlı, yaxud ballistik raketlər hazırlamasına bu və ya digər şəkildə kömək etməkdə ittiham edib.

Qeyd edək ki, yeni sanksiyalara əsasən, Rusiyanın “Rosoboroneksport” şirkətilə Amerika tərəfindən istənilən əməkdaşlığa artıq tam qadağa qoyulub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   İran   Sanksiya  





Xəbər lenti