Ermənistanda yeni siyasi böhran yetişir - Paşinyana xəbərdarlıq edildi

Ermənistanda yeni siyasi böhran yetişir - Paşinyana xəbərdarlıq edildi
  10 May 2018    Oxunub:17077
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ölkənin yeni baş naziri Nikol Paşinyana gələcək fəaliyyətilə bağlı xəbərlıq edib.
AzVision.az erməni KİV-lərinə xəbər verir ki, Petrosyanın sözlərinə görə, parlamentdə mütləq çoxluğa malik Respublika partiyası bundan sonra hökumətin bütün qanunvericilik təşəbbüslərinə mane ola bilər. Son çıxışlarında partiyanın nümayəndələri bu niyyətlərini heç gizlətmirlər də.

“Son günlər bir çoxları hökumətlə parlament arasında formalaşan qeyri-adi vəziyyətə siyasi xarakteristika verməyə çalışır. Parlamentdəki çoxluq, yəni Respublika partiyası müxalifətə keçdiyini bəyan edib. İcra hakimiyyətinə isə azlığın hökuməti kimi baxılır. Bu reallığa qarşı Paşinyanın hökuməti nə edə bilər? İndiyədək Paşinyan ümumxalq itaətsizliyi və aksiyaların köməyilə öz iradəsini parlamentə sırıya bilirdi. Beynəlxalq birlik də bunu demokratik hal kimi anlayışla qarşılayırdı. Bəs Paşinyan bundan sonra da Ermənistan parlamentinə eyni metodla təsir edə biləckmi? Aydınıdır ki, yox. Çünki bu resurs artıq tükənib. Xalq hərəkatının lideri kimi öz iradəni parlamentə sırımaqla baş nazir statusunda bunu etmək tamam fərqli şeylərdir. Çünki ikinci halda bu cür iş stili beynəlxalq birlik tərəfindən qəbul olunmayacaq” – deyə Petrosyan bildirib.

Onun fikrincə, ölkə üçün olduqca təhlükəli olan bu vəziyyətdən çıxmağın yeganə yolu Seçki Məcəlləsində köklü dəyişikliklərdən sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçirməkdir.

Qeyd edək ki, Paşinyanın “Vətəndaş müqaviləsi” ilə yanaşı parlamentdəki digər partiyalar da son illər Seçki Məcəlləsinin dəyişdirilməsinə çalışırlar. Əsas tələb deputatların majoritar yox, praporsional qaydada seçilməsidir. Çünki yalnız bununla parlamentdəki azlıqlar Respublika partiyasının mütləq çoxluq qazamasının qarşısını ala bilərlər. Lakin seçki qanunvericiliyində dəyişiklik edilməsinin əleyhinə olan Respublikaçılar partiyası bu məsələnin heç müzakirəyə çıxarılmasına da şərait yaratmırdılar. Görünən odur ki, Ermənistanı qarşıda daha bir siyasi böhran gözləyir - bu dəfə isə hakimiyyətin qolları arasında.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti