Xəzərin statusuna dair yekun konvensiya avqustda təsdiqlənə bilər

  10 May 2018    Oxunub : 390
Xəzərin statusuna dair yekun konvensiya avqustda təsdiqlənə bilər
“Hazırda ekspertlər səviyyəsində intensiv iş aparılır. Rusiya istəyir ki, Astanada Xəzəryanı dövlət başçılarının avqusta planlaşdırılan sammiti nəticəyönümlü olsun və Xəzərin hüquqi statusuna dair yekun Konvensiya prezidentlər tərəfindən imzalansın”
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Konvensiyanın təsdiqlənməsilə bir neçə onilliklər boyunca bölgənin sabitliyi və Xəzəryanı 5 dövlətin Xəzərdə ekoloji və iqtisadi sahələrdəki fəaliyyəti müəyyənləşəcək:

Xəzər beşliyi mürəkkəb məsələlərin həllinə sərbəst, konstruktiv yanaşmağa, konvensiya bağlamağa və irəliyə doğru əməkdaşlığa qadirdirlər”- deyə Karasin vurğulayıb.

AzVision.az

Teqlər: Xəzər-dənizi   XİN   Karasin   Rusiya