38 nəfər təbii fəlakətin qurbanı oldu

38 nəfər təbii fəlakətin qurbanı oldu
  10 May 2018    Oxunub:957
Keniyanın Subukia rayonunda “Patel” bəndinin aşması nəticəsində kəndləri su basıb. Nəticədə 38 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Nakuru əyalət komissarının müavini Omar Salat hökumətin evsiz qalan sakinləri müvəqqəti sığınacaq və qida ilə təmin edəcəyini bildirib.

Daha öncə verilən məlumata görə, bəndin aşması, su basması və dağıntılar nəticəsində ən pis halda 2500 insan zərər görüb. Yerli icra orqanları hadisənin baş verdiyi ərazidə evakuasiya işləri aparır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Keniya   Fəlakət  



Xəbər lenti