"ABŞ BMT TŞ-nın qətnamələrini saymır" - Rusiya XİN
“ABŞ Administrasiyasının hərtərəfli müştərək fəaliyyət planından çıxmaq qərarı bizdə böyük narahatlıq doğurmaqla yanaşı, Təhlükəsizlik Şurasının bu planı təsdiqləyən və sənədi beynəlxalq hüququn tərkib hissəsinə çevirən 2231 saylı qətnaməsinin əhəmiyyətli dərəcədə pozulmasıdır. Odur ki, Vaşinqtonun bu addımının səbəb olacağı bütün nəticələri qiymətləndirmək vacibdir. Çünki bu məsələdə tələskənlik qeyri-məhsuldar olar. Həm biz, həm də Almaniya, Fransa, Böyük Britaniya, Çin və İran bununla bağlı dəyərləndirmə aparmalıyıq”, - deyə lavrov bildirib.
Qeyd edək ki, daha öncə rəsmi Vaşinqton İranla bağlı növbəti müzakirələrə hazır olduğunu bəyan etmişdi.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


