Krımın ilhaqı Rusiyaya baha başa gələcək

Krımın ilhaqı Rusiyaya baha başa gələcək
  10 May 2018    Oxunub:1323
Haaqa Arbitraj Məhkəməsi Krımın ilhaqından sonra Ukrayna şirkətlərinin Rusiyaya qarşı iddia ərizələri üzrə qərar çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə məhkəmənin saytında yerləşdirilən məlumatda bildirilib. Qeyd olunub ki, mayın 2-dəki məsləhətləşmələr nəticəsində arbitraj heyəti məsuliyyət və dəymiş ziyanla bağlı məsələlər üzrə yekdil qərar çıxarıb.Lakin məlumatda qərarın hansı tərəfin xeyrinə olması və təzminatın məbləği açıqlanmır.

Ukrayna mətbuatı isə yazır ki, Krımın ilhaqilə Ukraynalı investorların hüquqlarını pozduğuna və onlara iqtisadi ziyan vurduğuna görə 2014-cü ilin 21 martından etibarən Rusiya Ukrayna şirkətlərinə 159 milyon dollar pul ödəməlidir.

Qeyd edək ki, Rusiyaya qarşı iddia ərizəsini 18 Ukrayna şirkəti və Aleksandr Dubilet adlı fiziki şəxs irəli sürüb. Rusiyanı Haaqa məhkəməsinə verənlər sırasında Ukraynanın “Naftoqaz” şirkəti də var. Şirkət Krımda itirdiyi aktivlərə görə Rusiyadan əvvəlcə 2,6 milyard, sonra 5, daha sonra isə məbləği artıraraq 8 milyard dollar təzminat tələb edib.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Haaqa   Krım   Rusiya  



Xəbər lenti