Paşinyandan ilk təyinat - 30 yaşlı biznesmen rəhbər oldu

Paşinyandan ilk təyinat - 30 yaşlı biznesmen rəhbər oldu
  10 May 2018    Oxunub:2334
Ermənistanın baş naziri Nikol Paşinyan Eduard Ağacanyanın ölkənin baş nazir aparatına rəhbər təyin olunması ilə bağlı sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, hökumətin mətbuat xidmətindən bildirilib ki, sərəncam Ermənistanın “İctimai xidmət haqqında” qanununun 9 maddəsinin 13-cü bəndi əsas götürülərək imzalanıb.



Qeyd edək ki, Eduard Ağacanyan 1988-ci ildə İrəvanda anadan olub. 2005-ci ildə “Kuparyan” özəl liseyini bitirib. 2012-ci ildə Monako beynəlxalq universitetində inzibatçılıq fakültəsində bakalavr təhsili alıb. 2016-ci ildə həmin universitetdə, maliyyə aktivlərinin idarə olunması fakültəsində magistr dərəcəsinə yiyələnib. O, 2014-2017-ci illərdə sahibkarlıqla məşğul olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti