Merkel: "Avropa ABŞ-a güvənə bilməz"
“ABŞ-ın bizi sadəcə müdafiə etdiyi zamanlar artıq geridə qaldı. Odur ki, Avropa öz taleyini öz əllərinə götürməlidir. Bizim gələcəyə hesablanan vəzifəmiz məhz bundan ibarətdir.” – deyə Merkel bildirib.
Qeyd edək ki, Merkel bu bəyanatı ABŞ prezidenti Donald Trampın 8 mayda İranla nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra səsləndirib. Almaniya Trampın qərarına qarşı çıxaraq, sazişi həm regional, həm də qlobal sabitlik üçün vacib sənəd adlandırıb.
Leyla Elbrusqızı
AzVision.az