Ermənistan prezidenti generalı işdən çıxardı

Ermənistan prezidenti generalı işdən çıxardı
  10 May 2018    Oxunub:1047
Ermənistan prezidenti Armen Sarkisyan milli təhlükəsizlik xidmətinin direktoru Georgi Kutoyanı və polis rəisi, general-polkovnik Vladimir Qasparyanı istefaya göndərib.
AzVision.az xəbər verir ki, bu barədə A.Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan bir qədər əvvəl prezidentə hər iki güc strukturunun rəhbərlərini istefaya göndərməyi təklif etmişdi.

AzVision.az


Teqlər: Ermənistan   Armen-Sarkisyan  





Xəbər lenti