Türkiyənin Ermənistanla əməkdaşlıq üçün əsas şərti

Türkiyənin Ermənistanla əməkdaşlıq üçün əsas şərti
  11 May 2018    Oxunub:2573
"Ermənistan işğalçılıq siyasətindən əl çəkəndən sonra bu ölkə ilə əməkdaşlıq mümkün ola bilər"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Diplomat bəyan edib ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxladığı müddətdə bu ölkə ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

"Məsələ Ermənistanda iqtidarın dəyişməsi deyil, problemin həlli 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıtması ilə bağlıdır. Rəsmi İrəvan bu problemi həll etdiyi təqdirdə əməkdaşlıqla bağlı danışıqlara gedilə bilər".

AzVision.az


Teqlər: Türkiyə   Ermənistan   Səfir  





Xəbər lenti