Trampdan İrana gözlənilməz təklif

Trampdan İrana gözlənilməz təklif
  11 May 2018    Oxunub:1263
ABŞ prezidenti Donald Tramp Hərtərəfli Müştərək Fəaliyyət Planından çıxdıqdan sonra bəyan edib ki, İranla “yaxşı razılaşma”ya nail olmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Tramp açıqlamasında bildirib.

“Əvvəlki sazişi nüvə silahının İranın əlinə keçmə mümkünlüyünün qarşısını ala bilmədi. Belə olduqda, Yaxın Şərqdəki pulu olan digər dövlətlər də nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdı. Bu isə fəlakətə səbəb olardı”- deyə Tramp bildirib.

O, həmçinin vurğulayıb ki, Vaşinqton İrana qarşı ən sərt sanksiyalar tətbiq edir: “Mən ümid edirəm ki, İranla yaxşı, ədalətli razılaşmaya nail olacağam. Onlar üçün ən yaxşısına. Amma biz onların nüvə silahına malik olmasına icazə verə bilmərik.”

Tramp qeyd edib ki, ABŞ İranın hərbi bazalarına gedib, onların yalan danışmadıqlarına yerindəcə əmin olmalıdır. “Əlbəttə, biz bilirik ki, onlar bizi aldatmır, lakin hər ehtimala qarşı...” – deyə Tramp əlavə edib. .
Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp   İran  





Xəbər lenti