Şimali və Cənubi Koreya arasında ilk “qaynar xətt” açılır

Şimali və Cənubi Koreya arasında ilk “qaynar xətt” açılır
  11 May 2018    Oxunub:1144
Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya-ABŞ sammitinədək Kim Çen Inla “qaynar” telefon xətti ilə danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Renhap" agentliyi Cənubi Koreya prezident administrasiyasına istinadən məlumat yayıb. Bildirilib ki, telefon danışığı tezliklə gerçəkləşdiriləcək.

Xatırladaq ki, bu, Koreyanın Şimalı və Cənubu arasında “qaynar xətt”lə aparılan ilk danışıqlar olacaq. Bu arada, Cənubi Koreya prezident administrasiyasının rəsmisi Kim Iy Qyom jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Seul 12 iyun Sinqapurda keçiriləcək Şimali Koreya-ABŞ sammitində Koreya yarımadasının nüvəsizşləşdirilməsi və daimi sülhün əldə olunacağına ümid edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Kim-Çen-In  





Xəbər lenti