Rusiya Krıma görə Ukraynaya təzminat ödəməyəcək

Rusiya Krıma görə Ukraynaya təzminat ödəməyəcək
  11 May 2018    Oxunub:1557
Krımda itirdikləri aktivlərinə görə Ukrayna şirkətlərinin qaldırdığı iddia prosesində Rusiya özünü tərəf hesab etmir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Rusiya Haaqa Arbitraj Məhkəməsinin bu iş üzrə məhkəmə prosesində təmsil olunmayıb. “Ona görə də mövcud vəziyyətdə biz özümüzü tərəf hesab etmirik” –deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Ukraynanın UNİAN informasiya agentliyi Haaqa Arbitraj Məhkəməsinin Rusiyanın Ukraynaya məxsus şirkətlərə 159 milyon dollar təzminat ödəməsilə bağlı qərar çıxardığını yazıb. Həmin şirkətlər Krımın Rusiya tərəfindən ilhaqından sonra oradakı bizneslərini itirdiklərinə görə kompensasiya tələbi ilə iddia ərizəsi qaldırıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Krım  





Xəbər lenti