`Səsvermə barədə hələlik nəsə demək çətindir`

`Səsvermə barədə hələlik nəsə demək çətindir`
  09 Oktyabr 2013    Oxunub:864
"Səsvermə barədə hələlik nəsə demək çətindir, lakin əminəm ki, bu seçkilər bir daha Azərbaycanın demokratik inkişafını sübut edəcək".
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə günü Trend-ə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən bolqarıstanlı müşahidəçi Enio Savov bildirib.

E.Savov deyib: "Mən çox şadam ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıdayam. Bolqarıstanda Azərbaycandakı demokratik proseslər də daxil olmaqla ölkənin inkişafını böyük maraqla izləyirlər. Əminəm ki, bu seçkilər müstəqil inkişaf edən Azərbaycanın demokratik inkişaf yolunu bir daha göstərəcək. Bizim üçün Azərbaycan və Bolqarıstanın çox intensiv, pozitiv əlaqələrə malik olması çox vacibdir və biz istəyirik ki, bu əlaqələr gələcəkdə də eyni istiqamətdə inkişaf etsin".

Bolqarıstandan olan müşahidəçi Azərbaycan xalqına uğurlar və inkişaf arzulayıb.


Teqlər:





Xəbər lenti