Qvatemala səfirləri ölkədən qovur

Qvatemala səfirləri ölkədən qovur
  11 May 2018    Oxunub:961
Qvatemala rəhbərliyi İsveç səfiri Anders Kompass və Venesuela səfiri Yelena Alisia Salsedonu ölkənin daxili işlərinə qarışmaqda ittiham edərək onları deportasiya etmək qərarına gəlib. Səfirlərdən Qvatemala ərazisini tərk etmələri xahiş olunub.
AzVision.az xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir.

Qeyd edək ki, Kompass tanınmış diplomat və hüquq müdafiəçisidir. O, bir neçə gün əvvəl Qvatemalada korrupsiyanın təhqiqatı üzrə BMT-nin maliyyələşdirdiyi komissiyaya İsveçin də maliyyə yardımı göstərdiyini açıqlamışdı. Həmin komissiya isə Qvatemala prezidenti Cimmi Moralesi hələ öz partiyasının baş katibi olduğu dövrlərdə şirkətləri qanunsuz maliyyələşdirməklə korrupsiyada ittiham edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səfir   Diplomat  





Xəbər lenti