Paşinyan hökumətin ilk iclasını keçirir

Paşinyan hökumətin ilk iclasını keçirir
  11 May 2018    Oxunub:1514
Hazırda Ermənistanda yeni baş nazir Nikol Paşinyanın rəhbərliyilə hökumətin ilk iclası keçirilir.
AzVision.az xəbər verir ki, gündəlikdə duran 16 məsələnin müzakirəsinə başlamazdan əvvəl Paşinyan kənd təsərrüfatı nazirindən dolu yağması nəticəsində Armavir əyalətindəki kəndlərə dəyən ziyan barədə maraqlanıb.

Paşinyana bildirilib ki, bu işlə xüsusi komissiya məşğul olur. Fövqəladə hallar naziri David Tonoyansa vəziyyətin pis olduğunu deyib. O, bildirib ki, maliyyə çatışmazlığı səbəbbindən ölkənin yalnız 15% ərazisi anti-dill sistemlərilə təchiz edilib.

Qeyd edək ki, Paşinyanın rəhbərliyilə hökumətin ilk iclası ictimaiyyət və jurnalistlərə açıq keçirilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Paşinyan  



Xəbər lenti