Ukrayna Ali Məhkəməsi Saakaşvilinin şikayətinə baxır

Ukrayna Ali Məhkəməsi Saakaşvilinin şikayətinə baxır
  11 May 2018    Oxunub:1257
Ukrayna Ali Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı iddia ərizəsi üzrə işə yenidən baxır.
AzVision.az xəbər verir ki, Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasına dair Poroşenkonun verdiyi fərmanın qanunsuz olduğunu və ləğv edilməsini tələb edir. Budəfəki məhkəmə prosesində Saakaşvilinin şikayət ərizəsinə əsasən, şahidlər yenidən dindirilir.

Onların sırasında Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəisi Maksim Sokolyuk da var. Lakin məhkəmə Ukrayna prezidenti yanında Vətəndaşlıq üzrə komissiyanın üzvlərini dindirməkdən imtina edib. Bundan əlavə məhkəmə əsas iştirakçıların – ittihamçı Saakaşvili ilə müdafiəçi Poroşenkonun da ifadələrini almaq niyyətində deyil.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Poroşenko vətəndaşlıq üçün müraciət edərkən saxta məlumat və sənədlər təqdim etdiyinə görə, Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Nəticədə Saakaşvili Ukraynadan Polşaya readmissiya olunub. Hazırda isə o, Hollandiyadan siyasi sığınacaq alaraq orada yaşayır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Saakaşvili  





Xəbər lenti