MSK sədri:`Təxribatçılar ciddi cəzalandırılacaq`
O, deyib ki, bizə deyəndə ki, biz müşahidəçinin qeydə alınmağına nəzarət etmirik, məəttəl qaldım:
“Axı bu necə ola bilər? Azərbaycandakı seçkilərdə məntəqələrdə seçkini izləyən hər müşahidəçi yoxlanılıb, onların hansı məqsədlə məntəqələrə gəlməsi öyrənilib.
Ona görə hesab edirəm ki, bu cür şeylər bizim seçki prosesinə kölgə sala bilməz. Eyni zamanda xahiş edirəm ki, hər bir kəs vətəndaşlıq mövqeyini nümayiş etdirsin. Kimsə bilərəkdən və ya bilməyərəkdən hansısa təxribat törədirsə, ciddi şəkildə xəbərdarlıq edilməlidir. Heç kəs Azərbaycanda ümumi dövlət standartlarını poza bilməz. O xalqlar inkişaf edə bilmir ki, günahkar cəzalandırılmır”.
Mirvari
Teqlər: