Donbassda BMT missiyası yaradıla bilər

Donbassda BMT missiyası yaradıla bilər
  11 May 2018    Oxunub:1126
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefonla danışıb.
AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı Ukraynanın şərqindəki vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hər iki ölkə başçısı Ukraynadaxili böhranın tənzimlənməsi çərçivəsində Donbassda ATƏT müşahidəçilərinin qorunması üzrə BMT missiyasının yaradılması məsələsinə də toxunublar. Rusiya və Almaniya liderləri, həmçinin, Normand formatı çərçivəsində işləri aktivləşdirməyə dair razılığa gəliblər.

Qeyd edək ki, mayın 18-də Soçidə Merkellə Putinin görüşü nəzərdə tutulur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Putin   Merkel   Donbas  





Xəbər lenti