Zərif nüvə danışıqlarına gedir

Zərif nüvə danışıqlarına gedir
  11 May 2018    Oxunub:1626
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 14-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov məlumat verib.

Görüş zamanı ABŞ-ın birtərəfli qaydada sazişdən çıxmasından sonra İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Müştərək Fəaliyyət planının aqibəti və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Mayın 15-də isə Cavad Zərif Brüsseldə Avropa İttifaqına üzv ölkələrin Trampın nüvə sazişindən çıxmasını müzakirə edəcəkləri iclasa qatılacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Zərif   Rusiya  





Xəbər lenti