Suyunuz kəsiləcək

  05 Mart 2013    Oxunub : 484
Suyunuz kəsiləcək
Bakının bir sıra rayonları bu gün susuz qalacaqlar.
Bu gün paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, C.Hacıbəyli, K.Rəhimov, F.X.Xoyski, Təbriz və Ağa Nemətulla küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. «Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən AzVision.az-a verilən məlumata görə, suyun kəsilməsinə səbəb magistral su xəttində aparılan işlərdir.

Belə ki, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Vaqif prospektində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

Teqlər: