Ermənistanda yezidilər etiraza qalxdı - Sakinlər yolu bağladı (VİDEO)

Ermənistanda yezidilər etiraza qalxdı - Sakinlər yolu bağladı (VİDEO)
  11 May 2018    Oxunub:2727
Bu gün Ermənistanda Alaqyaz kəndinin fermerləri İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, yezidilərin yaşadığı kənd əhalisi südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.
Fermerlər bildirir ki, şirkət əvvəl südün bir litrini 180 drama alırdı. İndi isə 110 dram təklif edilir. Onlar Araqaçotinski vilayətinin qubernatoru və kənd təsərrüfatı nazirliyinin rəsmiləri ilə görüş tələb edirlər.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Yezidi  





Xəbər lenti