Stoltenberq Trampla görüşə gedir

Stoltenberq Trampla görüşə gedir
  11 May 2018    Oxunub:947
NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın iyuldakı Brüssel sammitinə hazırlıqla əlaqədar müttəfiqlərlə məsləhətləşmələr çərçivəsində mayın 16-dan 18-dək ABŞ-a səfər edəcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Stoltenberq prezident Donald Trampla da görüşəcək.

NATO baş katibinin ABŞ-ın dövlət katibi Mayk Pompeo, Pentaqon rəhbəri Ceyms Mettis və Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla da görüşü nəzərdə tutulub.

Qeyd edək ki, daha öncə alyansın iyuldakı Brüssel sammitinədək Rusiya-NATO Şurasının fəaliyyətini bərpa edəcəyilə bağlı məlumatlar yayılmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti