Fələstin-İsrail qarşıdurması Rusiyanı narahat edir

Fələstin-İsrail qarşıdurması Rusiyanı narahat edir
  11 May 2018    Oxunub:1553
"ABŞ-ın İsraildəki səfirliyinin binasını Qüdsə köçürməklə bağlı qərarı Fələstin-İsrail qarşıdurmasını daha da dərinləşdirib"
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenov ilə görüşündə deyib.

Fələstin-İsrail münasibətlərindəki son durumdan narahat olduqlarını deyən Lavrov vəziyyətin dalana dirəndiyini bildirib.

“Vəziyyət dalana dirənib. Bu cür dalana dirənən vəziyyət, xüsusən də ABŞ-ın məlum Qüds qərarı ilə daha da dərinləşir. Dinc insanların öldürüldüyü, hər an partlamağa hazır olan vəziyyətdən bütün ölkələr dərin narahatlıq keçirir. Lakin Fələstin problemini arxa plana atmaq üçün Yaxın Şərq və Şimali Afrikanın geosiyasi xəritəsini dəyişdirməyə cəhdlər edilir.”

Belə yanaşmanın çox təhlükəli olduğunu deyən Lavrov, Suriya, Yəmən, İraq və Liviyadakı böhranların aradan qaldırılmasına yönələn əlavə işlərin vacibliyini qeyd etməklə yanaşı, Fələstin məsələsini uzatmağa heç kəsin haqqı çatmadığını əlavə edib.

Qeyd edək ki, Qəzza şəhərinin şərq hissəsində "Qayıdış Yürüşü" etiraz aksiyası keçirən fələstinlilərlə İsrail ordusu arasındakı toqquşmalarda 15 fələstinli xəsarət alıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Fələstin   israil  





Xəbər lenti