Avropa İttifaqında islahatların aparılması təklif olundu

Avropa İttifaqında islahatların aparılması təklif olundu
  11 May 2018    Oxunub:1803
Avropa İttifaqının dünyadakı mövqeyini qoruyub saxlamaq və mövcud problemləri həll etmək üçün qurumda əhəmiyyətli islahatlar aparılmalı və ittifaq özünün müdafiə sistemini yaratmalıdır.
AzVision.az xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotzias Sunionda Polşa, Çexiya, Slovakiya, Macarıstan və İttifaqa üzvlüyə namizədlər Kipr və Sloveniyanın xarici işlər nazirlərinin toplantısında deyib.

“Avropa İttifaqı bir çox məsələlərdə dəyişməlidir. Bu dəyişikliklər İttifaq institutlarının güclənməsi və onlarda islahatlar aparılması, gələckdə milli dövlətlər İttifaq arasında balans yaradılması, demokratikləşmə və sosial problemlərin həllilə bağlı olmalıdır.” – deyə Yunanıstanın XİN rəhbəri bildirib.

Kotzias xüsusilə vurğulayıb ki, Avropa ittifaqı özünün müdafiə və təhlükəsizlik strukturlarını gücləndirməli və bu məsələdə müstəqil olmalıdır. Əks təqdirdə qurum sadəcə NATO-nun regional partnyoru olaraq qalacaq. İttifaqın genişlənmə siyasətinə gəlincə, o, Türkiyənin namizədliyinə toxunub. Lakin bildirib ki, hazırda Avropa ittifaqı üçün ən önəmli məsələ Rusiya ilə münasibətlərdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Yunanıstan  





Xəbər lenti