Avropanın lider ölkələri ABŞ-a qarşı birləşir

Avropanın lider ölkələri ABŞ-a qarşı birləşir
  11 May 2018    Oxunub:1519
Mayın sonunda Fransa, Böyük britaniya və Almaniyanın iqtisadiyyat və maliyyə nazirləri bir araya gələrək, Avropanın iqtisadi müstəqilliyini və ABŞ sanksiyalarına qarşı cavab tədbirlərini müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat naziri Bruno Le Mer “Europe 1” radiostansiyasının efirində açıqlama verib:

“Almaniyalı və Britaniyalı həmkarlarımla görüşüb, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalarının eksterritoriallığına qarşı hansı addımları atacağımıza qərar verəcəyik. Artıq təcili tədbirlər görməyin və Avropanın iqtisadi müstəqillik çərçivəsində hərəkətə keçməsinin zamanı yetişib. Avropa öz iqtisadi maraqlarını qorumaq üçün ABŞ-ın malik olduğu oxşar vasitələrlə güclənməlidir.” - deyə Le Mer vurğulayıb.

Qeyd edək ki, nüvə sazişindən çıxmaqla ABŞ-ın İrana qarşı saksiyaları bərpa etməsi Airbus, Siemens, Peugeot-Citroen, Renault, Total, Eni, Danieli kimi bir sıra iri Avropa şirkətlərinin biznesinə mənfi təsir edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Avropa  





Xəbər lenti