İranlı nazir: "Tramp neftin qiyməti ilə oynayır"
Zanqane bu işdə bəzi OPEK ölkələrinin də Trampa kömək etdiyini vurğulayıb: “Tramp bir tərəfdən neftin qiymətinin yüksəlməsini dəstəkləyir və bu barədə OPEK-dəki müttəfiqlərilə razılığa gəlir, digər tərəfdən isə dövlət səviyyəsində OPEK-i neft qiymətlərinin qalxmasında suçlayır. OPEK qərarlarını müstəqil şəkildə verməlidir. Təşkilatın əksər ölkələri gələcəkdə neftin 1 barrelinin 60-65 dollar civarında qalmasına razıdır. Amma OPEK-in bəzi üzvləri ABŞ-a oynayır” – deyə İranın neft naziri bildirib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


