Polşalı müşahidəçi seçicilərin fəallığından razılıq etdi

Polşalı müşahidəçi seçicilərin fəallığından razılıq etdi
  09 Oktyabr 2013    Oxunub:771
Azərbaycanda seçici fəallığı Avropa İttifaqı (Aİ) ölkələrindən çox yüksəkdir.
Bu barədə jurnalistlərə açıqlamasında Avropa Parlamentinin Polşadan olan üzvü Yaçek Vlosoviç bildirib.

Onun sözlərinə görə, seçki məntəqələrində hər şey kifayət qədər yüksək səviyyədə hazırlanıb.

Vlosoviç bildirib: "Məntəqələrdə müxtəlif namizədlər və ölkələrdən olan müşahidəçilər iştirak edir. Mən dünyada seçkilərin müşahidə olunması üzrə bir çox missiyaların tərkibində işləmişəm. Böyük təcrübəsi olan bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan seçkiləri çox yaxşı təşkil edib".
Avropa Parlamentinın bolqarıstanlı üzvü Binev Slavi bildirib ki, Azərbaycandakı prezident seçkiləri zamanı yüksək fəallıq müşahidə olunur.
Bolqarıstandan olan müşahidəçi Azərbaycan xalqına uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir


Teqlər:





Xəbər lenti