İraqda parlament seçkiləri keçirilir

İraqda parlament seçkiləri keçirilir
  12 May 2018    Oxunub:1371
İraqın İŞİD terrorçularından təmizlənməsindən sonra ilk dəfə ölkədə parlament seçkiləri keçirilir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə İraq qanunverici məclisinə seçkilər 4 il bundan əvvəl keçirilirb.

İraqın Ali müstəqil seçki komissiyasının (AMSK) məlumatına əsasən, ölkənin 36 milyonluq əhalisinin 24 milyonu səsvermədə iştirak etmək hüququna malikdir. Seçki marafonunda 200-dən çoxmüxtəlif siyasi partiyaların birləşməsindən ibarət 29 seçki bloku iştirak edir.

AMSK İraq parlamentindəki 329 deputat mandatı uğrunda mübarizə aparacaq 7 mindən çox namizədin adını qeydə alıb. Parlament seçkilərində qələbə qazanan partiyaların formalaşdıracağı koalisiya hökuməti növbəti 4 il ərzində ölkəni idarə edəcək.

Aparılan sorğulara əsasən, əhalinin favoritləri sırasında hazırkı baş nazir Heydər əl-İbadinin başçılıq etdiyi “Nəsr Koalisiyası”dır (“Qələbə Koalisiyası”). Bu bloka bir çox digər şiə partiyaları da daxildir.

Seçkilərin digər favoriti isə sabiq nəqliyya naziri, ölkənin ən böyük könüllü şiə silahlı birləşməsi “əl Haşd əş Şaabi”nin “Bədr” dəstəsinin komandiri Hadi əl-Amirinin rəhbərlik etdiyi “Fəth Alyansı”dır. Hər iki partiyanın liderləri İŞİD terrorçuları üzərindəki qələbədə həlledici rol oynamaları faktından seçkilərdə əsas təsir vasitəsi kimi istifadə edirlər. Lakin hazırkı baş nazir Heydər əl-İbadini partiyasında ölkənin sünni əhalisi arasında böyük nüfuza malik keçmiş müdafiə naziri Xalid əl-Obeydinin olmasilə “Nəsr Koalisiyası”nın parlamentdə daha çox yer qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, İraqın sabiq baş naziri, hazırda isə ölkənin vitse-prezident olan Nuri əl-Malikinin “Qanunun dövləti” partiyasının da böyük sayda deputat mandatına sahib olacağı bildirilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Seçki  





Xəbər lenti