Tramp Kim Çen Inla sülhə razılaşacaq

Tramp Kim Çen Inla sülhə razılaşacaq
  12 May 2018    Oxunub:1581
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim çen Inın görüşünün yekununda Koreya müharibəsinin bitməsi və yarımadada sülh elan oluna bilər.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın Nikkei qəzeti ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat verib.

Bildirilir ki, ölkə başçılarının birgə bəyannaməsində Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılıq əldə olunacaq.

“Bu, sülh müqaviləsi bağlamaq və hərbi əməliyyatları rəsmən dayandırmaq istiqamətində Pekin və Seulla da danışıqlar üçün yol açacaq. ABŞ həmçinin, Şimali Koreyanın nüvəsizləşdirilməsinin ən son tarixi və Pxenyanın təhlükəsizliyinə zəmanət məsələlərini də təsdiq edəcək.” – deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, Yaponiya Şimali Koreyanın nüvəsizləşdirilməsinin 2020-ci ildə həyata keçirilməsində təkid edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   Tramp   Kim-Çen-In  



Xəbər lenti