ABŞ qırıcıları Rusiya təyyarələrini təqib edib

ABŞ qırıcıları Rusiya təyyarələrini təqib edib
  12 May 2018    Oxunub:1105
ABŞ-ın "F-22" qırıcıları Alyaskanın qərb sahilyanı ərazisindəki hava hücumundan müdafiə identifikasiya zonasında Rusiyaya məxsus 2 "Tu-95" bombardmançı təyyarəni təqib edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Free Beacon” Şimali Amerikanın kosmik-hava müdafiə Komandanlığının (NORAD) nümayəndəsi Skott Millerə istinadən məlumat yayıb.

Amerikan hərbçisi bildirib ki, rus hərbi təyyarələri NORAD-ın berinq dənizi üzərindəki 320 kilometrlik səlahiyyət zonasına daxil olublar. Nəticədə Amerikanın "F-22" qırıcıları həmin zonanı tərk etməyənədək, Rusiyanın "Tu-95" bombardmançlarını təqib ediblər. Bununla belə, Miller rus hərbi təyyarələrinin ABŞ və Kanadanın hava sərhədlərini pozmadığını, beynəlxalq sular üzərindəki hava məkanında uçduqlarını bildirib.

Qeyd edək ki, Rusiyanın hərbi hava-kosmik qüvvələri strateji bombardmançı təyyarələrinin beynəlxalq sular üzərində mütəmadi uçuşlar həyata keçirdiyindən, 2017-ci ildə də ABŞ-la oxşar insident yaşanmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Qırıcı  





Xəbər lenti