Tramp-Kim görüşünə Cənubi Koreya lideri qatılmayacaq

Tramp-Kim görüşünə Cənubi Koreya lideri qatılmayacaq
  12 May 2018    Oxunub:1205
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşündə Cənubi Koreya nümayəndəsi iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders keçirdiyi brifinqdə bildirib.

“Düşünmürəm ki, həmin gün Cənubi Koreya nümayəndələrinin də iştirakı planlaşdırılır. Amma sözsüz ki, bütün bu prosesdə onlar bizim partnyorumuzdur” – deyə Sanders vurğulayıb.

O, həmçinin, Cənubi Koreya prezidentinin ABŞ-a mayın 22-də səfər edəcəyini açıqlayıb.

Qeyd edək ki, xarici mətbuatda Trampla Kim Çen Inın görüşündə 3-cü tərəfin iştirak edəcəyinə dair məlumatlar yayılıb. Həmin tərəfin Çin rəhbəri Si Tsinpin olacağına dair ehtimallar var.

Xatırladaq ki, daha öncə Cənubi Koreyanın xarici işlər naziri Kan Qyon Hva Pxenyan nüvəsizləşməyə dair razılığa gəlsə belə, yaxın gələcəkdə Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasını istisna edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp   Kim-Çen-In  





Xəbər lenti