NASA Marsa helikopter göndərir - VİDEO

NASA Marsa helikopter göndərir - VİDEO
  12 May 2018    Oxunub:3386
ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) 2020-ci ildə Marsa helikopter göndərəcəyini açıqlayıb.

AzVision.az xəbər verir ki, bu barədə NASA-nın rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, helikopter digər tədqiqat vasitələrilə birgə 2021-ci ilin fevralında Marsa eniş edəcək.
NASA-nın direktoru Ceyms Braydenstayn deyib ki, helikopter vasitəsilə hələ ki, elmi tapşırıqların icrası planlaşdırılmır. O, sadəcə Qırmızı planetin üzərində 5 dəfə kiçik uçuşlar həyata keçirərək, orada həyatın mövcudluğunu və planetin atmosfer təbəqəsini tədqiq edəcək.

NASA-nın mini helikopterin üzərində 2013-cü ildən işlədiyi bildirilib. Qeyd edilib ki, əgər missiya uğurla başa çatsa, ABŞ Marsa uçan aparat göndərən ilk ölkə olacaq.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NASA   Mars   Helikopter  





Xəbər lenti