"İdeal müəllim" kitabı işıq üzü gördü - FOTOLAR
Kitabda ideal müəllim necə olmalıdır, müəllim sinfi necə idarə etməlidir, müəllim-şagird-valideyin münasibətləri necə qurulmalıdır və digər bu kimi məsələlərlə bağlı orjinal metodlar yer alıb. Müəllifin bundan öncə “Həndəsə” və “Riyaziyyatı öyrənə bilmə xəstəliyi” adlı kitabları nəşr olunub.
Təqdimat mərasimində çıxış edən professor Əjdər Ağayev bildirib ki, "İdeal müəllim" kitabında təhsil və tədrisin aktual problemlərinə özünəməxsus yanaşma mövcuddur.
Qeyd edək ki, Bəhmən Məmmədov BDU-da bakalavr, GDU-da magistratura və doktorantura təhsili alıb. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi döş nişanı və fəxri fərmanla təltif edilib. O, həm də ölkəmizdə Pifaqor Akademiyasının (PI-Riyaziyyat) qurucusudur.
Şahanə Rəhimli
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: İdeal-Müəllim Kitab