Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!
Namizədlərlə ümumi müsahibələrin Mərkəzin Bakı şəhərində yerləşən inzibati binasında keçirilməsi planlaşdırılır. Ümumi müsahibəyə çıxarılan vəzifələr üzrə daha çox rəqabət Maliyyə Nazirliyin aparatı, Maliyyə xidmətləri üzrə siyasət şöbəsi, Maliyyə xidmətləri üzrə siyasət və büdcə proqnozu sektoru aparıcı məsləhətçi vəzifəsi üzrə müşahidə edilir. Həmin vəzifənin tutulması məqsədilə 1 vakant yer üzrə 10 namizədin müraciəti qeydə alınıb.
AzVision.az