ABŞ generalından Rusiya barədə xəbərdarlıq

ABŞ generalından Rusiya barədə xəbərdarlıq
  12 May 2018    Oxunub:1521
NATO yalnız güc vasitəsilə danışıqları başa düşən Rusiya ilə qarşıdurmada vahid yanaşma sərgiləməlidir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı, general-leytenant Ben Xoces bəyan edib.

“Rusiya böyük tarixi və əhalisi olan böyük ölkədir. Amma onlar yalnız gücdən anlayırlar. Əgər bizim alyans vahidlik və qətiyyət nümayiş etdirməsə, onda Rusiyanın öz aqressiyasını daha da genişləndirməsinə şərait yaratmış olarıq” - deyə Xoces bildirib.

Onun sözlərinə görə, Moskvanın məqsədi Avropa ittifaqı və NATO prinsiplərinin pozulmasına nail olmaq və alyansın üzvlərini təşkilatın onları qorumaq qabiliyyətində olmamasına inandırmaqdır:

“Bu, o deməkdir ki, biz Rusiyanın hibrid müharibəsi, dezinformasiyası, nüvə təhlükəsi və kiber-terrorçu hücumlarilə üz-üzəyik. Rusiya ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarının müdafiəsini özünə borc bilir. Bu isə öz növbəsində Baltikyanı ölkələr və Polşaya sürətli hücum üçün bəhanə ola bilər”- deyə amerikalı general vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: ABŞ   Rusiya   NATO  





Xəbər lenti