“Bir çox ölkələr ABŞ-dan qorxur” - Çavuşoğlu

“Bir çox ölkələr ABŞ-dan qorxur” - Çavuşoğlu
  12 May 2018    Oxunub:1991
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İsraildəki səfirliyinin paytaxt Təl-Əvivdən Qüdsə köçürmək qərarının səhv olduğunu bildirib.

AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
“ABŞ səhv qərar verib və buna qarşı vahid mövqe sərgilənməlidir. Son zamanlar İslam dünyasında, xüsusən də Ərəb Dövlətləri Liqasında Vaşinqtonun bu qərarı ilə bağlı ziddiyyətli fikirlər səslənir. Bir çox ölkələr ABŞ-dan qorxduqları üçün Fələstinə dəstək verməkdən imtina edirlər” – deyə Çavuşoğlu vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, əgər Türkiyə tək qalsa da və beynəlxalq birlik Fələstin xalqını və Qüdsün statusunu dəstəkləməkdən imtina etsə də, bu, Ankaranın məsələ ilə bağlı mövqeyini dəyişməyəcək: “Ankara susmayacaq və Fələstini dəstəkləməyə davam edəcək”.

Qeyd edək ki, Kubanın Nazirlər Kabineti və dövlət şurasının sədri Migel Dias-Kanel də ABŞ-ın səfirliyini Qüdsə köçürmək qərarını pisləyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   XİN   ABŞ   Qüds  





Xəbər lenti