YAP: `Cəmil Həsənlinin tərəfdarları pozuculuq edir`

YAP: `Cəmil Həsənlinin tərəfdarları pozuculuq edir`
  09 Oktyabr 2013    Oxunub:1034
Prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər ediblər.
Yap-ın saytında yayılan xəbərə görə, partiyanın səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara əsasən, Cəmil Həsənlinin seçki məntəqələrindəki nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar: “Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir. Yeni Azərbaycan Partiyası seçki məntəqələrindəki müşahidəçiləri vasitəsi ilə daxil olan məlumatları dəqiqləşdirir. Nəticə barədə Mərkəzi Seçki Komissiyasına və kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.


Teqlər:





Xəbər lenti