“Lotu Quli” Türkiyəni tərk edib

“Lotu Quli” Türkiyəni tərk edib
  12 May 2018    Oxunub:5789
Kriminal aləmdə "Lotu Quli" ləqəbilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyəni tərk edib.
AzVision.az “Rosbalt”-a istinadən xəbər verir ki, Səlifov öz komandası ilə birlikdə İstanbuldan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinə gedib. Onun bir müddət BƏƏ-də yaşayacağı bildirilib.

Nəşr iddia edir ki, "Lotu Quli"nin İstanbulu tərk etməsi “qanuni oğru” Qayoza Zviadadzenin Antalyada qətlə yetirilməsi ilə bağlı aparılan istintaqla əlaqəlidir. Ehtimal edilir ki, azərbaycanlı qanqster istintaqdan yayınmaq üçün BƏƏ-yə üz tutub. Digər bir məlumatda isə kriminal avroritetin BƏƏ-yə istirahət və öz əhatə dairəsini genişləndirmək üçün getdiyi deyilir.

AzVision.az


Teqlər: Lotu-Quli   Türkiyə   BƏƏ  





Xəbər lenti