Türkiyədə 6 namizəd prezident olmaq istəyir

Türkiyədə 6 namizəd prezident olmaq istəyir
  13 May 2018    Oxunub:1822
Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları təsdiqlənib.

Ali Seçki Komissiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karmollaoğlu prezidentlik uğrunda mübarizə aparmaq hüququ qazanıblar.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Deputatlıq uğrunda mübarizə aparacaq şəxslərin qeydiyyatı isə davam etməkdədir.

AzVision.az


Teqlər: Türkiyə   Seçki  



Xəbər lenti