Jurnalistlərə maneçilik olmayıb
Bundan başqa, MŞ sədrinin müavini Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvləri - "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Milli Məclisin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyəti ilə tanış olublar. Bununla bağlı hər hansı neqativ cəhət qeydə alınmayıb.