Astanada Suriya danışıqları başlayıb
“Astanada Suriyada atəşkəsə qarant ölkələrin nümayəndələrinin iştirakilə ikitərəfli və üçtərəfli danışıqlar başlayıb.”- deyə məlumatda bildirilib.
Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov qeyd edib ki, ABŞ nümayəndə heyəti Suriya böhranı üzrə Astana danışıqlarının bu dəfəki raundunda müşahidəçi qismində iştirakdan imtina edib.
Xatırladaq ki, daha öncəki bəyanata əsasən Astana danışıqlarında bütün tərəflər - Bəşər Əsəd hökuməti, Suriya silahlı müxalifəti, qarant ölkələrin nümayəndələrilə yanaşı, BMT-nin xüsusi missiyası da iştirak edirlər. Astana danışıqları mayın 16-dək davam edəcək.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


