İsraildən fələstinlilərə xəbərdarlıq: "Özünüzü xilas edin"

İsraildən fələstinlilərə xəbərdarlıq: "Özünüzü xilas edin"
  14 May 2018    Oxunub:1331
İsrailin Müdafiə Nazirliyi bu gün ABŞ səfirliyinin paytaxt Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı fələstinlilərlə mümükün qarşıdurmadan qaçmaq üçün xəbərdarlıq edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailə məxsus təyyarələr Qəzza zonası üzərindən uçaraq yeni etiraz aksiyasına hazırlaşan fələstinlilərə xəbərdarlıq vərəqləri paylayıblar.

“Təhlükəsizlik hasarından, terror təhrikçiləri və zorakı iğtişaşlardan uzaq durun. Özünüzü xilas edin və ilk növbədə öz gələcəyiniz barədə düşünün. Əks təqdirdə, İsrail ordusu sərhədyanı infrastruktura, hərbçilər və İsrail əhalisinə zərbə vuracaq istənilən zorakı cəhdləri dəf edəcək” – deyə xəbərdarlıq kağızlarında yazılıb.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti ABŞ paytaxtının bu gün Qüdsə köçürülməsi və sabah yüzlərlə ərəbin İsrail tərəfindən öz doğma yurdlarından qovulmasilə nəticələnən Fələstin milli fəlakəti – Nakbanın 70-ci ildönümü ilə əlaqədar etirazların kütləviləşməsindən narahat olduqlarını bildirib.

Minlərlə etirazçının sərhəd bölgəsinə gəlməsinin qarşısını almaq üçün İsrail ordusu Qəzza zonasına əlavə 2 briqada, İordan çayının qərb sahilinə isə 1 piyada briqadası göndərib.

Qeyd edək ki, martın sonundan indiyədək Qəzza zonasında israillilərlə fələstinlilər arasındakı toqquşmada 50-dən çox fələstinli ölüb. Odlu silahdan istifadə etdiyini etiraf edən İsrail isə beynəlxalq birliyin ittihamlarını rədd edərək, bunu özünümüdafiə kimi təqdim edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Qüds   İsrail  





Xəbər lenti