Terrorçu ailə partlayışlar törədib - 11 ölü, 40 yaralı

Terrorçu ailə partlayışlar törədib - 11 ölü, 40 yaralı
  14 May 2018    Oxunub:1336
İndoneziyanın Surabaya şəhərində yerləşən üç kilsədə törədilən terror aktlarında ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, kilsələrdəki partlayışları bir ailənin üzvləri törədib.

Terror aktlarının həyata keçirilməsində 9 yaşlı uşaqdan istifadə edilib. Polis müəyyən edib ki, uşağın atası, anası, 16 və 18 yaşlı qardaş-bacıları terror aktlarını törədib.

Qeyd olunub ki, ailə İŞİD terror təşkilatının üzvü olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İndoneziya   Terror  



Xəbər lenti