Zərif Moskvada nüvə danışıqlarında - Lavrov ABŞ-ı tənqid etdi

Zərif Moskvada nüvə danışıqlarında - Lavrov ABŞ-ı tənqid etdi
  14 May 2018    Oxunub:1350
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, XİN rəhbərlərinin görüşündə ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması müzakirə edilib.

Sergey Lavrov bildirib ki, İranın nüvə razılaşması ətrafında böhranlı vəziyyət yaranıb. “Təəssüf ki, Vaşinqtonun önəmli beynəlxalq müqavilələri pozmağa cəhd etməsinə növbəti dəfə əmin olduq - necə ki, İranla Hərtərəfli Müştərək Fəaliyyət planı, Qüds problemilə və bir sıra digər sazişlərlə bağlı bunu edir. İndi Avropa üçlüyü, Çin, Rusiya, İran və Avropa İttifaqının iştirakilə mövcud mexanizmlərdən istifadə edərək vacib sənədin pozulmasının, regiondakı vəziyyətin destabilizasiyasının və nüvə silahlarının yayılmaması üzrə beynəlxalq rejimə yeni təhdidlərin qarşısını almaq olduqca vacibdir.” –deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Lavrovla görüşdən əvvəl Pekində səfərdə olan Cavad Zərif Çinin xarici işlər naziri Van Yi ilə danışıqlarda İranın nüvə sazişinin qorunub saxlanmasının tərəfdarı olduqlarını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Zərif   Moskva   Lavrov   Nüvə  





Xəbər lenti